• Domen nədir? Nə üçün domenə ehtiyacımız var?

  • Domeyn veb saytınızın internetdəki adı və adresidir. Bu adres olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər.

  • Domeyn ip adresi adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Misal üçün crr.az yazdığınızda internet öncə bunu ip adresinə çevirir sonra isə sizi bu ip adresinə yönləndirir.

  • Domenlər ən az 1 ən çox 10 il arasında alına bilir.

  • Yenə domenlər ən az 2 ən çox 63 simvoldan ibarət ola bilir. Hərf, rəqəm və - işarətini domenlərinizdə istifadə edə bilərsiniz.

  • Sadəcə domeyn almaq sayt açmaq üçün kifayətdirmi?

  • Xeyir, domen almaq sayt açmaq üçün kifayət deyil. Siz bundan əlavə hostinq xidməti də almalısınız. Yuxarıda da açıqladığımız kimi domen adı istifadəçilərinizi hostinq xidmətinizin olduğu kompüterlərə yönləndirir.

  • Domenin uzantısı nə məna ifadə edir?

    1. com – kommersiya təşkilatları.

    2. org – qeyri- kommersiya təşkilatları.

    3. edu – təhsil müəssisələri.

    4. biz – sahibkarlıq fəaliyyəti

    5. gov – dövlət və yerli üzünüidarə orqanları

    6. info – kütləvi informasiya vasitələri

    7. name – fiziki şəxslər

    8. net – İnternet şəbəkəsinin inkişafında iştirak edən təşkilatlar və layihələr üçün.

  • .com ilə .az arasında nə fərq var?

  • .com beynəlxalq bir domen uzantısıdır. .az isə Azərbaycan üçün nəzərdə tutulub.